Bakının bu yollarında tıxac var


14:08     26 Oktyabr 2016 yagisli%20hava6.jpg

Hazırda paytaxtın əsasən mərkəzi küçə və prospektlərində, o cümlədən Ağa Nemətulla küçəsindən "N.Nərimanov" m/st istiqamətinə, Tbilisi prospektindən şəhər mərkəzi istiqamətinə, Afiyəddin Cəlilov küçəsində və Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.


Bakı Nəqliyyat Agentliyindən (BNA) Femida.az -a verilən məlumata görə, ötən gün tıxacın olduğu Binəqədi şosesində isə vəziyyət nisbətən düzəlib. Hazırda Binəqədi qəsəbəsindən şəhər istiqamətində sıxlıq müşahidə edilir. Ötən gün bu yolda yaranmış vəziyyətlə əlaqədar 9 marşrut xətti üzrə edilən dəyişiklik artıq aradan qaldırılıb və avtobuslar əvvəlki trayektoriya ilə hərəkət edirlər.

"Binəqədi şosesində yağış sularının dolması səbəbindən, həmin yoldan keçən 20-yə yaxın sərnişin avtobusunda texniki nasazlıq yaranıb. Hazırda BNA və həmin avtobusların aid olduğu daşıyıcılar sərnişinlərin vaxtında gediş-gəlişini təmin etmək və avtobuslararası intervalların artmaması üçün zəruri tədbirlər görür", - deyə BNA-dan bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 911