Samuxda işgüzar forum keçirildi


14:15     26 Oktyabr 2016 Sahibkarlığa-Kömək-Milli-Fondu.jpg

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Samux rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.


İqtisadiyyat Nazirliyindən Femida.az -a verilən məlumata görə, SKMF oktyabrın 20-də Samux rayonunda işgüzar forum keçirib. Sahibkarlardan iri taxılçılıq, kartofçuluq, üzümçülük, cins heyvandarlıq və istixana təsərrüfatlarının, həmçinin pendir istehsalı müəssisəsinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1005