Azərbaycanlı deputat rinqə çıxır - FOTO


14:28     26 Oktyabr 2016 king%20boks.jpg

Millət vəkilliyi ilə yanaşı idmana verdiyi dəstəklə tanınan Adil Əliyev bu dəfə özü rinqə çıxacaq.


Femida.az Türkiyənin “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, Kikboksinq Federasiyasının prezidenti olan millət vəkili İtaliyada keçiriləcək veteranlar arasında kikboksinq yarışmasında rinqə çıxacaq. Çempionata Azərbaycandan 35 idmançı ilə qatılacaq.

Qeyd edək ki, A. Əliyev 2009-cu ildə Kikboksinq üzrə veteranlar arası Dünya Çempionu olub. 20 saylı Nərimanov II seçki dairəsindən 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış və 2015-ci ildə V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.



Açar sözlər:

Oxunub: 1474