Lerikə güclü qar yağdı, kəndlər işıqsız qaldı


15:21     26 Oktyabr 2016 lerik%20qar7.jpg

Lerik rayonunda qeyri-sabit hava şəraiti davam edir.


Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-ya verdiyi məlumata görə, qarın qalınlığı rayon mərkəzində 20-25, ucqar yaşayış məntəqələrində isə 40-50 sm təşkil edir.

Qarın ağırlığından bəzi yerlərdə elektrik xətləri qırılıb, nəticədə rayonun 50-dək yaşayış məntəqəsi işıqsız qalıb. Kəndlərarası yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşsa da, Lənkəran-Lerik şosesi açıqdır.

Rayonun müvafiq qurumları fəsadların aradan qaldırılmasına cəlb olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1016