Pakistanda təyyarə dağa çırpıldı - 36 meyit çıxarılıb (Yenilənib)


03:20     08 Dekabr 2016 teyyare%20qeza.JPG

Pakistanda qəzaya uğrayan təyyarənin qalıqları tapılıb.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, xilasedicilər təyyarənin qalıqları altından 36 nəfərin meyitini çıxarıb.

Pakistan ordusunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, hazırda xilasetmə əməliyyatı davam edir.

***

Pakistan Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

Femida.az -ın "Daily Pakistan" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə Havelian şəhəri yaxınlığında baş verib.

Təyyarədə 42 sərnişin və 5 ekipaj üzvü olub.

Açar sözlər:

Oxunub: 5674