Berluskoni xəstəxanaya yerləşdirildi


02:20     08 Dekabr 2016 berlisko.jpg

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin səhhəti anidən pisləşib.


Femida.az Sputnik-ə istinadən xəbər verir ki, sabiq hökumət başçısı bu gün Milan şəhərindəki San Rafael xəstəxanasına yerləşdirilib. Berluskoniyə ürək ritminin pozulması diaqnozu qoyulub.

Xatırladaq ki, o, bu ilin iyununda ürək klapanının dəyişdirilməsi ilə bağlı əməliyyat keçirmişdi. Silvio Berluskoniyə siyasi həyatdan uzaq durmaq məsləhət görülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1183