Bakı-Sumqayıt qatarı gecikib


13:08     08 Dekabr 2016 04403-qatar.jpg

Bakı-Sumqayıt-Bakı elektrik qatarında gecikmə baş verir.


Femida.az xəbər verir ki, gecikmə qatar Biləcəri stansiyasında olarkən müşahidə olunub. Belə ki, Sumqayıtdan Bakı istiqamətində hərəkət edən qatar Biləcəri stansiyasına qrafik üzrə, yəni 08:11-də çatıb. Lakin 08:12-də stansiyadan yol düşməli olan qatar 08:28-də hərəkətə başlayıb.

Maşinist gecikməni texniki səbəblərlə izah edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1149