`Qarabağ`ın futbolçusu qəza törətdi - 6 aylıq körpə öldü (YENİLƏNİB)


15:00     08 Dekabr 2016 qeza_yeni.jpg

Bakıda ölümlə nəticələnən yol qəzası törədən sürücünün “Qarabağ” futbol klubunun oyunçusu olduğu müəyyənləşib.


Femida.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, “BMW X5” markalı, 90 OH 111 dövlət nömrə nişanlı avtomobili idarə edən Emil Balayev “Qarabağ” futbol klubunun qapıçısıdır.

***

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Əmircan qəsəbəsində Emin Babayevin idarə etdiyi “BMW X5” markalı, 90 OH 111 dövlət nömrə nişanlı avtomobillə “Mercedes 180” markalı, 10 RB 542 avtomobil toqquşub. Nəticədə “Mercedes” markalı avtomobildə olan 1986-cı il təvəllüdlü Bağırova Günel Məzahir qızı və onun qucağında olan 2016-cı il təvəllüdlü oğlu Xalid Bağırov xəsarət alıblar. X. Bağırov xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1851