MM üzvü referendumu müşahidə edəcək


14:36     08 Dekabr 2016 musa%20q2.jpg

Millət vəkili Musa Quliyev sabah Bişkekə səfər edəcək.


Milli Məclisin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, M. Quliyev Qırğızıstan Konstitusiyasına dəyişikliklərlə əlaqədar keçiriləcək referendumu MDB Parlament Assambleyasının və MDB-nin İcraiyyə komitəsinin xətti ilə müşahidə edəcək.

Digər müşahidəçilərlə bərabər o, bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcək.

Səfər dekabrın 13-də başa çatacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 947


Oxşar xəbərlər