Bakıda yolları buz bağladı - SON DURUM


14:53     08 Dekabr 2016 qar%20tixac5.jpg

Paytaxtda müşahidə edilən faktiki hava şəraiti ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.


Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, saat 09:30 olan məlumata əsasən, Tbilisi prospekti (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospekti (Şəhər istiqamətində), Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Yusif Səfərov küçəsi (Şəhər istiqamətində) sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyi sürücülərin diqqətinə çatdırır ki, yollar buz bağladığına görə nəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər.

Femida.az

Açar sözlər:

Oxunub: 933