Mərkəzi Bank hərrac keçirəcək


15:21     08 Dekabr 2016 dollar%20herrac3.jpg

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.


AMB-dən Femida.az -a verilən məlumata görə, dekabrın 12-də keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir.

Hərrac "Bloomberg" ticarət platformasında keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1012