Bakıya qar yağdı, avtobuslar `yoxa çıxdı`


16:58     08 Dekabr 2016 qar%20yasamal.jpg

Gecədən başlayan qar Bakı sakinlərinə probemlər yaşadıb. Yağıntı səbəbindən sərnişinlər bəzi avtobusların “üzünə həsrət qalıb.


Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, faktiki hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın müəyyən hissələrində avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, yollar buz bağlayıb.

Bildirilib ki, bu vəziyyət daha çox paytaxtın nisbətən yükək ərzilərində Şərifzadə küçəsi və Mətbuat prospektində müşahidə edilməkdədir.

Bu səbəbdən, həmin küçə və prospektlərdə xidmət göstərən sərnişin avtobuslarının qrafikində gecikmələr yaranır. Hazırda Bakı Nəqliyyat Agentliyi sərnişin avtobuslarının fəaliyyətində yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.

Bununla yanaşı, paytaxt yollarına və ictimai nəqliyyat şəbəkəsinə nəzarət gücləndirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1550