Yollar buz bağlayıb? - AÇIQLAMA


17:17     08 Dekabr 2016 yol-qar.jpg

Hal-hazırda Bakı şəhərinin "Azəravtoyol" ASC-nin balansında olan heç bir küçə və prospektində buzlaşma müşahidə olunmur.


Femida.az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin Mətbuat katibliyinin rəisi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, buzlaşmanın axşam saatlarından başlayaraq yaranması gözlənilir:

"Yollar buzlaşdıqda, qarla örtüldükdə bizim texnikalarımız yollara duz-qum qarışı səpməyə, yolların qardan təmizləməsinə başlayacaqlar. Bunun üçün bütün texnikalar hazır vəziyyətdədir".

Qurum rəsmisi əlavə edib ki, hazırda 20 yanvar dairəsində, dairəyə gələn yollarda, Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur:

"Tıxacın yaranmasına səbəb sürücülərin hazırlıqsız olması, SSRİ istehsalı maşınlarla yola çıxmaları və ən əsası nəqliyyat vasitəsini yay şinləri ilə idarə edilməsidir. Nəticədə avtomobillər sürüşür, hərəkətində çətinliklər yaranır və bu da tıxaca səbəb olur. Qış şinləri ilə idarə olunan avtomobillərin hərəkətində hər-hansı problem yoxdur".

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin saat 12:00 radələrində yaydığı məlumata əsasən, faktiki hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, yollar buz bağlayıb: "Bu vəziyyət daha çox paytaxtın nisbətən yüksək ərazilərində yerləşən Şərifzadə küçəsi və Mətbuat prospektində müşahidə edilməkdədir. Bu səbəbdən həmin küçə və prospektlərdə xidmət göstərən sərnişin avtobuslarının qrafikində gecikmələr yaranır. Hazırda BNA sərnişin avtobuslarının fəaliyyətində yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla yanaşı, paytaxt yollarına və ictimai nəqliyyat şəbəkəsinə nəzarət gücləndirilib".

Femida.az

Açar sözlər:

Oxunub: 1490