Hesablama Palatasının da saxlanma xərcləri artırılır


18:09     08 Dekabr 2016 hesablama-palat_com3.jpg

Hesablama Palatasının saxlanma xərcləri 12,1% artırılır.


Femida.az-ın məlumatına görə, parlamentin plenar iclasında 2017-ci ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı Milli Məclisin "2017-ci il xərclər smetası layihəsi" barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.

V. Gülməmmədov bildirib ki, 2017-ci ilin dövlət büdcəsindən Hesablama Palatasının xərclər smetası üçün, ümumilikdə 3 mln. 812,8 min manat vəsait nəzərdə tutulub ki, bu 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə 0,8% artıb və ya 412,2 min manat çoxdur: "Artım əsasən cari əsaslı malları və xidmətləri əhatə edir. Nəzərdə tutulmuş vəsait 2017-ci ildə 37-si yerli xərcləri və 5-i diplomatik korpusları əhatə etməklə 87 audit tədbirinin həyata keçirilməsi üçün tələb olunur. Bununla yanaşı, Palata üzrə xərclər smetasının ümumi məbləğinin 83,3%-i əməyin ödənilməsi xərcləri təşkil edir".

V. Gülməmmədov əlavə edib ki, Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil etməyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.

Açar sözlər:

Oxunub: 1147