`PKK əcəb edir` deyən qadın parça-parça edildi - FOTOLAR


18:15     08 Dekabr 2016 pkk6.png

“Başını bədənindən ayıraraq 6 hissəyə böldüm”


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Adananın Seyhan adlanan hissəsində baş verib.

37 yaşlı Fatih K.-nın törətdiyi cinayət əməli ilə bağlı məhkəməyə verdiyi ifadə Türkiyədə böyük səs-küyə səbəb olub. Həmin ifadənin bəzi hissələrini oxuculara təqdim edirik:

“Dekabrın 3-ü gecə saatları idi. Dostumla kafedə oturmuşdum. Adını bilmədiyim gənc bir qadın bizə yaxınlaşdı. Ac olduğunu və üşüdüyünü bildirərək oturmaq üçün icazə istədi. Mən də halına acıyaraq içəri dəvət etdim və yemək ismarladım. Bu zaman dostum kafedən ayrıldı və qadınla mən tək qaldıq”.



Fatih K. ifadəsində bildirir ki, qadın yalnız qalan kimi cibindən narkotik vasitə çıxararaq çəkmək istədiyini deyib:

“Cibindən narkotik vasitə çıxararkən mən də ona “bəs yemək almağa pulun yox idi?” deyə sual verdim. O isə narkotik aludəçisi olduğunu, bunsuz yaşaya bilmədiyini dedi. Əsəbiləşdim, lakin bir xeyiri olmadı. Narkotik vasitəni qəbul edib huşsuz vəziyyətə düşdü. Daha sonra isə ayıldı”.



Qadını evə apardığını deyən Fatih K. ifadəsinə bu cür davam etdi:

“Onu yaşadığım evə apardım. Özünə gəldikdən sonra PKK barədə danışdı. Mənə dedi ki, 2-3 il dağda yaşayıb. Mənə “PKK əcəb edir, sizə bu da azdır” deyəndən sonra dalaşmağa başladıq. Hirsləndim və onu boğaraq öldürdüm. Daha sonra meyiti 6 hissəyə böldüm. Başını və ayaqlarını bədənindən ayırdım. Sonra isə parçaları selofan torbalara yığaraq küçədəki zibil qabına atdım. 3 gün sonra Uşak şəhərinə getdim. Bir qədər sonra kafenin sahibi məni çağıraraq köməyimə ehtiyacı olduğunu dedi. Kafeyə gələn kimi polis əməkdaşları tərəfindən saxlanıldım”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 16381