Sarkisyanı müşayiət edən zabitlər qəzada öldü


19:02     08 Dekabr 2016 ermeni%20mudafie%20azvision.jpg

Bu gün İrəvan-Gorus şosesində, Gorus şəhəri yaxınlığında Ermənistanın müdafiə nazirinin tabeliyində olan avtomobil qəzaya düşüb.


Femida.az `Tert.am`a istinadən xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Nazirliyin yaydığı məlumata görə, qəza nəticəsində leytenant Armen Musikyan (sürücü) və kapitan Aleksandr Sminoyan ölüb.

Nazirlik faktla bağlı araşdırmaların davam etdiyini və yaxın zamanlarda ictimaiyyətə daha geniş məlumatın veriləcəyini bəyan edib.

Onların Ermənistan Prezidenti Serj Sarqsyanı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərdə müşayiət etdikləri ehtimal olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 2532