`Hər saqqal qoyan din xadimi ola bilməz` - Şeyx


19:35     08 Dekabr 2016 seyx%20ru.jpg

”Hər bir məscid dindarların, dini icmanın və ianələrin hesabına yaşamalıdır. Ancaq indi məscidlərin hamısı ianə istəyir”.


Femida.az -ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının jurnalistlər üçün təşkil etdiyi iki həftəlik “Milli-mənəvi dəyərlər və KİV” mövzusunda təlimlərin başa çatması ilə əlaqədar keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib. QMİ sədri istənilən şəxsə din xadimi kimi yanaşılmasını düzgün saymayıb: “İndi dünyada kim istəyir saqqal qoya bilər, ancaq bunların hamısı din xadimləri deyillər. QMİ-nin din xadimlərinə müvafiq vəsiqələr verilir”.

A. Paşazadə dini xurafatın təhlükəli olduğunu vurğulayıb: “Din o qədər xurafatlaşdı ki, müəyyən cərəyanlar yarandı”.

Femida.az

Açar sözlər:

Oxunub: 2761