Hamburqda Qarabağa dair gözlənilən görüş baş tutmayıb


21:02     08 Dekabr 2016 hamburg-004.jpg

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.


XİN-in mətbuat katibi Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub.

Ermənistanın destruktiv siyasəti və görüşdən yayınmaq cəhdləri nəticəsində həmsədrlərin təklif etdiyi 2+3 (Azərbaycan, Ermənistan + Rusiya, ABŞ, Fransa) formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1102