DTX `İmam Xomeyni`çilərə qarşı əməliyyat keçirib


21:20     08 Dekabr 2016 emeliyyat%20(1)32.jpg

Bu gün DTX və DİN-in birgə keçirdiyi əməliyyatın bəzi məqamları ortaya çıxıb.


Femida.az xəbər verir ki, əməliyyat keçirilən obyekt 2002-ci ildən qanunsuz şəkildə "məscid-mədrəsə" kimi fəaliyyət göstərirmiş. İcmanın başçısı Seyidov Asin Ərəş oğludur. Onun rəhbərliyi ilə "məscid-mədrəsə"də "İmam Xomeyni Kursu" tədris edilməklə Azərbaycanda qadağan olunmuş dini baxışlar təbliğ olunurmuş.

Onu da qeyd edək ki, məsələ ilə bağlı cinayət işi başladılması üçün araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2766