• Ana səhifə / Manşet

Xəbər lenti

Ermənilərin yaydığı cəbhə videosu montajdır - Sübut


Tarix 11.01.17, 13:40


Düşmən tərəfi növbəti dəfə təxribat xarakterli video yayıb. Ermənistanın yerli internet televiziyalarından birinin hazırladığı videoreportajda erməni aktyor, satirik Vardan Petrosyan cəbhə xəttinə səfəri əks olunub.


İşğal olunmuş Azərbaycan torpaqlarında yerləşən mövqelərə gələn erməni aktyor həmin hissədən Azərbaycan Silahlı Qüvvələrinin yerləşdiyi mövqelərə çağırışlar edib. Həmin videoreportajın bu hissəsini erməni mətbuatı montaj edərək “Azərbaycan əsgərinin erməni aktyora cavabı” başlığı ilə yayıb.

Femida.az məlum videonu təhlil edib.

Videonun təhlilini apararkən məlum olub ki, qarşı tərəfdən gələn səs kimi təqdim edilən “cavab” əslində montajdır. Videodan da göründüyü kimi erməni aktyoru Silahlı Qüvvələrimizin yerləşdiyi mövqelərə tərəf söyüş və təhqir dolu ifadələrlə müraciət edir. Azərbaycan əsgəri isə bu təxribata cavab vermədən özünü soyuqqanlı aparır. Bundan sonra erməni aktoyu Azərbaycan dilində yenidən müraciət edir. Qarşı tərəfdən cavab gəlmədiyi üçün erməni tərəfi montaj olunmuş səsdən istifadə etməklə “cavab” hazırlayıb.

Həmin montaj olunmuş hissəni səsləndirən isə ermənilərin çəkdiyi “Kill Dim” cizgi filmininin aktyoru Vardan Petrosyandır.

Xatırladaq ki, aktyor Serj Sarkisiyan rejiminin yalançı təbliğat maşınının vacib detallarından biri hesab edilir.

O, Azərbaycan əleyhinə hazırlanan videoların “qəhrəmanıdır.” Videonu təqdim edirik:




Miri Məcidli
Montaj: Bəxtiyar Məmmədov
Femida.az

Xəbərin oxunma sayı : 17698










Cəmiyyət
img

`Ermənistanı yox, Azərbaycanı seçdik` – Turistlər arasında sorğu

img

Sorğu

Tutduğunuz vəkildən razı qalmısınız?

Səs ver
Nəticəyə bax
img
img