• Ana səhifə / Manşet

Xəbər lenti

500 manat borca görə intihara cəhd etdi


Tarix 11.01.17, 22:57


Bu gün günorta saatlarında Salyan şəhərində intihara cəhd hadisəsi baş verib.


Femida.az Virtualaz.org-a istinadən xəbər verir ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, 51-də yaşayan 38 yaşlı Kərimov Vasif Elmirəvan oğlu sirkə turşusu içərək özünü öldürməyə cəhd edib.

Salyan Mərkəzi Rayon xəstəxanasına çatdırılan xəstənin vəziyyəti, həkimlərin bildirdiyinə görə, kritikdir. Belə ki, turşu onun daxili orqanlarını parçalayıb.

Xəstənin yaxınlarının saytımıza bildirdiyinə görə, hələlik Vasifin nə səbəbdən intihara cəhd etdiyi dəqiq bilinməsə də, o, xəstəxanaya gətirilərkən yolda 500 manat borcu olduğunu deyib.

İki az yaşlı uşaq atası olan Vasif Kərimov şadlıq evlərində ofisiantlıq edərək ailəsini dolandırırmış.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Xəbərin oxunma sayı : 85










Hüquq-mühafizə
Baxış hüququ
img

Ölümündən sonra anasına səbr diləyən şəhid şair – MÜSAHİBƏ (VİDEO)

img

Sorğu

Tutduğunuz vəkildən razı qalmısınız?

Səs ver
Nəticəyə bax
img
img