Türkiyə parlamentində əlbəyaxa dava - yaralılar var (VİDEO)


13:11     12 Yanvar 2017 unnamed92.jpg

Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişikliklər layihəsinin müzakirəsi zamanı yenə dava baş verib.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, insident 5-ci maddənin müzakirəsi zamanı baş verib.

Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri parlamentin kürsüsünü ələ keçirib. Bundan sonra hakim Ədalət və İnkişaf partiyasından (AKP) olan deputatlar CHP-çiləri kürsüdən uzaqlaşdırmağa çalışıblar. İki partiyanın millət vəkilləri arasında dava düşüb, bir neçə millət vəkillərinin yaralandığı bildirilir.

Gərginlik aradan qaldırılandan sonra maddə qəbul olunub. Maddənin lehinə 343, əleyhinə isə 7 səs verilib. Cümhuriyyət Xalq Partiyasından olan deputatlar səsvermədə iştirak etməyiblər.



Femida.az

Açar sözlər:

Oxunub: 2285