Hərbçilər minaya düşdü, 5 nəfər ölüb


13:42     12 Yanvar 2017 mali4.jpg

Malidə hərbçiləri aparan maşın minaya düşüb.


Femida.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 5 hərbçi ölüb.

İnsidentin Sequ şəhəri yaxınlığında baş verdiyi bildirilir.

Qeyd edək ki, Malidə hökumət qüvvələri ilə müxtəlif separatçı və radikal islamçı qruplaşmalar arasında münaqişə 2012-ci ildə başlayıb. “Ənsər-əd-Din” ekstremist qruplaşmasının silahlıları bir neçə dəfə BMT-nin Malidəki hərbi bazalarına hücum edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1147