Qadın qaz sobası yerinə özünü yandırdı


15:20     12 Yanvar 2017 qaz%20sobasi%20yaniq.jpg

Ağcabədidə 58 yaşlı qadın ağır yanıq xəsarəti ilə xəstəxanaya çatdırılıb.


Hadisə rayonun Xocavənd qəsəbəsində baş verib. Yaxınlarının köməkliyi ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılan İbrahimova Zəhra Müzəffər qızına bədənin müxtəlif nahiyələrində 3-cü dərəcəli yanıq diaqnozu qoyulub.

Xəstəxanadan bildirilib ki, Z. İbrahimovanın səhhəti ağır olduğundan paytaxtdakı xəstəxanalarından birinə göndərilib. Yaxınlarının sözlərinə görə, Z. İbrahimova qaz sobasını yandırarkən ehtiyatsızlıqdan özünü yandırıb.

Ağcabədi rayon Prokurorluğundan APA-ya hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1370