• Ana səhifə / Manşet

Xəbər lenti

İlham Əliyevin nazir müavini təyin etdiyi şəxs kimdir?


Tarix 12.01.17, 11:28


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla Mətin Eynullayev təhsil naziri Mikayıl Cabbarovun müavini təyin olunub.


Femida.az yeni nazir müavini təyin olunmuş Mətin Eynullayevlə bağlı qısa bir araşdırma aparıb.

Əldə etdiyimiz məlumata görə, Mətin Eynullayev bu vəzifəyə qədər İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində hüquqşünas və Təhsil Nazirliyində aparat rəhbəri vəzifəsində çalışıb. Mikayıl Cabbarov təhsil naziri təyin olunduqdan bir qədər sonra Mətin Eynullayev nazirliyin aparat rəhbəri vəzifəsinə gətirilmişdi.

Mətin Eynullayevin nazir Mikayıl Cabbarovun tələbə yoldaşı olduğu da tez-tez səslənən faktlar arasındadır. Onların Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində birgə oxuduqları iddia olunur.

Ceyhun Əhmədli
Femida.az

Xəbərin oxunma sayı : 4480











Cəmiyyət
img

Qarakənd faciəsində həlak olan məmurun xanımı: `Mən də vertolyotda getmək istəyirdim` - VİDEO

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img