`Rusiya bütün ciddiliyi ilə məşğul olsa...` - Məmmədyarovdan Lavrova cavab


20:25     17 Yanvar 2017 elmar%20mmeddyarov.jpg

`Aprel döyüşləri bir daha göstərdi ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr dövləti, həm də qonşu dövlət olaraq münaqişənin tezliklə həll edilməsi üçün səylərini daha da artırmalıdır`


Femida.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

XİN rəhbəri bildirib ki, aprelin 5-də Moskvada Ermənistan və Azərbaycan silahlı qüvvələrinin baş qərargah rəisləri səviyyəsində atəşkəsin əldə olunması üçün Rusiyanın göstərdiyi səyləri yüksək qiymətləndiririk:

`Tam şəkildə əminəm ki, əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin olunacaq və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunacaq`.

Femida.az

Açar sözlər:

Oxunub: 3407