Afrikada silahlı qarşıdurma - 40 ölü


00:14     19 Yanvar 2017 afrika.jpg

Mərkəzi Afrika Respublikasında silahlı "Seleka" təşkilatına bağlı iki qrup arasındakı toqquşmalarda təxminən 40 adamın öldüyü bildirilib.


Ölkədəki qrupların Tərksilah edilməsi, Dağıdılması və Reinteqrasiyası proqramı üzrə məsul Jan Vilibiro Sako açıqlamasında "Seleka" təşkilatına bağlı "Mərkəzi Afrikanın Dirçəlişi" (FPRC), "MAR Vətənpərvərlik Hərəkatı" (MPC) və "MAR-ın Yenilənməsi Üçün Vətənpərvər Birləşməsi"ndən (RPRC) ibarət koalisiya ilə "MAR-da Sülh Naminə Birlik" qrupunun (UPC) ölkənin orta sektorundakı Mbroutçou qəsəbəsində toqquşduğunu söyləyib. UPC nümayəndəsi Dauda Selemane də RPRC-nin Sudandan gətirdikləri üzvlərin dəstəyini aldığını irəli sürərək, qarşıdurmada təxminən 40 nəfərin öldüyünü bildirib.

MPC səlahiyyətlilərindən Məhəmməd Əli isə həftəsonu başlayan münaqişədə 35 UPC üzvünün öldürüldüyünü, 9-nun yaralandığını, 7-nin də sağ ələ keçirildiyini iddia edib. Rəsmilər tərəfindən məsələ ilə bağlı hələ açıqlama verilməyib. FPRC ilə UPC üzvləri arasında Bria bölgəsində iki ay əvvəl də qarşıdurma baş vermişdi. BMT-nin məlumatlarına görə, qarşıdurmada 20 nəfər ölmüşdü.

Müsəlman "Seleka" təşkilatının 2012-ci ilin dekabrında hakimiyyətə qarşı üsyan qaldırmasıyla ölkədə siyasi böhran baş vermiş, xristian "Anti-Balaka" ilə "Seleka" üzvləri arasında baş verən toqquşmalarda minlərlə adam ölmüşdü.

Femida.az

Açar sözlər:

Oxunub: 1015