İŞİD itki verərək geri çəkildi


00:20     19 Yanvar 2017 isid%20itki%20emeliyyat.jpg

Suriya ordusunun ötən həftəsonu Homsun şərqində başlatdığı hücumla Palmiraya doğru irəliləməsindən sonra İŞİD dünən əks hücuma keçib.


Palmiranın qərbində yerləşən Cihar qovşağına qədər çatan Suriya ordusunun mövqelərinə hücum başladan İŞİD terrorçuları ağır itkilər verib. Ordu mənbələrinə görə, təxminən 3 saat davam edən hücumda 2 zirehli texnika məhv edilib, azı 20 İŞİD üzvü öldürülüb. Hücum boyunca irəliləmə qeyd etməyən İŞİD üzvləri əvvəlki mövqelərinə geri qayıdıb. Suriya ordusunun Palmiranın qərbindəki hücumuna davam etməsi gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 871