İtaliyada güclü zəlzələ baş verib


23:10     18 Yanvar 2017 14847430815018550335_1000x669.jpg

İtaliyanın Mülki Müdafiə Departamentinin məlumatına əsasən Roma şəhərindən 110 kilometr məsafədə ard-arda üç güclü yeraltı təkan qeydə alınıb. Bu zona 2016-cı il avqustun 24-də 300 nəfərin ölümü ilə nəticələnən zəlzələyə məruz qalmışdı.



Femida.az Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində həlak olanlar və ya xəsarət alanlar barədə məlumat yoxdur. Lakin yerli KİV-lər ötən zəlzələ zamanı ciddi dağıntılara məruz qalan Amatriçe şəhərində yeni torpaq sürüşmələri və dağıntıların meydana gəldiyini yazır.

Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına əsasən, 5,3 bal gücündə ilk zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlar bir sıra mərkəzi vilayətlərdə - Latsio, Marka, Abrutso, həmçinin İtaliyanın paytaxtında hiss olunub. Roma metrosunun A və B xətlərində sərnişinlər təxliyə edilib.

Bu arada Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi İtaliyanın mərkəzində 5,7 və 5,5 bal gücündə təkrar təkanların qeydə alındığı barədə məlumat yayıb.

Açar sözlər:

Oxunub: 1188