Beynəlxalq bankda yeni sədr təyinati


22:39     18 Yanvar 2017 0fd58b46aa9601d3cd886e41b6cfe79f.jpg

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Rusiyadakı törəməsi olan "ABB-Moskva"nın Müşahidə Şurasına yeni sədr təyin olunub.


Bu vəzifəyə Zaur Qaraisayev təyin olunub. Bu təyinatadək Z. Qaraisayev "Bank of Baku" ASC-nin İdarə Heyəti sədrinin müavini olub. "Bank of Baku"nun İdarə Heyətinin sədri Abbas İbrahimov ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alandan sonra bu vəzifəni müvəqqəti olaraq Z.Qaraisayev icra edirdi.


Z. Qaraisayev yeni vəzifəsində Elmir Həbibullayevi əvəzləyib. E. Həbibullayev hazırda ABB-nin İdarə Heyəti sədrinin müavinidir. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 996