Məşhur futbolçu terrorçu elan olundu


21:45     18 Yanvar 2017 Aboutrika.jpg

Misir millisinin sabiq futbolçusu Mohammed Abutrikanın adı ölkədə qadağan olunmuş “Müsəlman qardaşları” İslam Hərəkatı ilə şübhəli bilinən terrorçular siyahısına daxil edilib


Femida.az -ın məlumatına görə, bunu futbolçunun vəkili Mohammed Osman açıqlayıb.

Adı terrorçular sırasında göstərilənlərin hər birinə ölkədən çıxış qadağan olunub, hesabları dondurulub, pasportları etibarsız elan edilib. Vəkilin sözlərinə görə, Abutrika ona qarşı irəli sürülən ittihamlardan xəbərsiz olub və bu qərardan apelyasiya verəcək.

Açar sözlər:

Oxunub: 2855