XİN rəhbəri malayziyalı həmkarı ilə görüşüb
23:43 18 Yanvar 2017
Malayziyada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin xarici işlər naziri Dato Sri Anifah Amanla görüşüb.
XİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Malayziya arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunub.
Nazirlər iki ölkə arasında siyasi dialoqun inkişafından, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə ediblər, yüksək səviyyəli səfərlər və ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxunublar.
İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsinə toxunan nazirlər bu istiqamətdə birgə səylərin artırılmasının vacibliyini qeyd ediblər, ölkələrimiz arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşunun artırılması, habelə neft-qaz, sənaye, kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıblar. Enerji sahəsində əməkdaşlıq çərçivəsində Malayziyanın “Petronas” şirkətinin Azərbaycanda uğurlu fəaliyyəti qeyd olunub.
Malayziyanın xarici işlər naziri Azərbaycana səfərini və keçirdiyi məhsuldar görüşləri xatırladaraq paytaxt Bakı və Azərbaycanın inkişafının onda yüksək təəssüratlar oyatdığını diqqətə çatdırıb.
E. Məmmədyarov isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi haqqında həmkarına ətraflı məlumat verib. O, Malayziyanın münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi əsasında həllinə dair Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Görüş zamanı tərəflər həmçinin İƏT gündəliyində duran məsələlər, qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.
Femida.az
Oxunub: 1055
Oxşar xəbərlər
- XİN rəsmisi İtaliyanın Qarabağ münaqişəsindəki rolundan danışdı
- XİN-dən erməni spikerə SƏRT CAVAB
- XİN Səudiyyə Ərəbistanına raket hücumlarını pisləyir
- XİN: Qara siyahıda 600 adam var
- XİN: Azərbaycan Əfqanıstanda hərbi qulluqçuların sayını artıracaq
- XİN-dən 200 azərbaycanlı qadının saxlanılması xəbərinə reaksiya
- XİN rəhbəri Baş Nazirinin müavini ilə görüşüb
- XİN Ermənistan rəhbərliyinə BMT-nin qətnamələrini oxumağı məsləhət gördü
- XİN bəyanat yaydı - Türkdilli dövlətlərə görə
- XİN türkiyəli siyasilərin Qarabağa səfərini araşdırır