Nazirlik `məcburi göstəriş` verdi - Cərimələr var
14:43 19 Yanvar 2017
Bu il yanvarın 5-15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
ETSN-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 54 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 7 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 9 iş üzrə 12400 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 4 iş üzrə 3286,14 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 506 iş üzrə 42776,75 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 12, icra qurumlarına 20, məhkəmələrə isə 1 iş göndərilib.
Femida.az
Oxunub: 1248
Oxşar xəbərlər
- Nazirlik ölkə üzrə reydlərə başladı - Qanunsuz satış edənlər cərimələndi
- Nazirlik əhaliyə müraciət etdi
- Nazirlik cəbhə ilə bağlı məlumat yaydı
- Nazirlik reyd keçirdi - Cərimələnənlər var
- Nazirlik əməkdaşının məhkəməsi başlayıb
- Nazirlik vətəndaşlara müraciət etdi
- Nazirlik vətəndaşın iddiasını əsassız adlandırdı
- Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
- Nazirlik uşaq intiharlarının səbəblərini açıqlayıb
- Nazirlik 42800 manat cərimə yazdı