84 gömrük əməkdaşı işdən çıxarılıb


15:37     19 Yanvar 2017 kreslo%20isden%20cixarilib%20issiz.jpg

“Ötən il 246, 2015-ci ildə isə 257 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Onlardan 84 nəfəri işdən azad olunub”.


Femida.az xəbər verir ki, bu barədə Gömrük Komitəsinin sədri Aydın Əliyev 2016-cı ilin yekunlarına həsr edilmiş tədbirdə bildirib. Onun sözlərinə görə, gömrük xidməti orqanları əməkdaşlarının 10-u barəsində cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi göndərilib: “Onlar barəsində araşdırmalar davam etdirilir”.

DGK-nin sədri bildirib ki, Azərbaycandan valyutanın aparılması ciddi problemlərdən biridir: “2 milyon dollardan artıq pulun ölkədən çıxarılmasının qarşısı alınıb. Həmçinin külli miqdarda civənin daşınmasına yol verməmişik".

A.Əliyev əlavə edib ki, qlobal iqtisadi böhran, neftin ucuzlaşması, o cümlədən manatın devalvasiyası ötən il Azərbaycanın ixracına təsir edib: “Ötən il Azərbaycan 180 ölkə ilə ticarət həyata keçirib. Eyni zamanda xarici ticarətimizin dövriyyəsi kəskin enib. 2015-ci ildə ixracımız 12,729 mlrd. dollar olduğu halda, ötən ilin yekununda bu rəqəm 9,143 mlrd. dollar təşkil edib. Bununla yanaşı, 2016-cı ilin əvvəlinə 9,216 mlrd. dollarlıq idxal əməliyyatı aparılmışdırsa, bu ilin əvvəlinə bu göstərici 8,523 mlrd. manata enib. Bildiyiniz kimi, DGK-nin əsas vergitutma bazası idxal əməliyyatlarına aiddir”.

Femida.az

Açar sözlər:

Oxunub: 1437