Bakıda nazirlik əməkdaşının evi soyulub - 30 min AZN, 8 min dollar...


16:06     19 Yanvar 2017 1444025855_ogurluq1.jpg

Bakıda nazirlik əməkdaşının evindən külli miqdarda pul oğurlayan şəxs tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 4-də Bakı şəhər sakini Hamiz Məlikzadənin evindən 30000 manat və 8000 ABŞ dolları, habelə 10000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerlisi Gündüz Məlikov tutulub.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, H.Məlikzadə Ədliyyə Nazirliyinin əməkdaşıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 1979