Gömrükçülər külli miqdarda qol saatı müsadirə edib
16:58 19 Yanvar 2017
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları böyük sayda müxtəlif markalı qol saatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların qanunsuz yolla ölkə ərazisinə satış məqsədilə gətirilməsi barədə məlumat daxil olub.
Həmin əməliyyat məlumatı əsasında, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı nəzarətə götürülüb. Vətəndaş əl baqajı ilə birlikdə gömrük nəzarəti zonasından “yaşıl dəhliz” vasitəsilə çıxmaq istəyərkən saxlanılıb. Şifahi sorğu-sual zamanı həmin şəxs üzərində və əl baqajında mütləq bəyan ediləsi malların olmadığını bildirib.
Lakin vətəndaşa məxsus malların yoxlanılması zamanı gömrük nəzarətinə təqdim edilməyən, kağız üzərində yazılı, şifahi və ya elektron formada bəyan olunmayan, cəmi 403 ədəd müxtəlif markalı qol saatları aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən 403 ədəd müxtəlif markalı qol saatlarının kontrafakt məhsullar olduğu aydınlaşıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1296
Oxşar xəbərlər
- Gömrükçülər ölkəyə pirotexniki vasitə gətirilməsinin qarşısını alıb
- Gömrükçülər müdhiş fırıldağın üstünü açdı
- Gömrükçülər metadon məhlulu aşkarlayıb
- Gömrükçülər 37 ədəd fişəng aşkarladı
- Gömrükçülər külli miqdarda siqaret müsadirə edib
- Gömrükçülər külli miqdarda siqaret müsadirə edib
- Gömrükçülərdən `Winston` əməliyyatı
- Gömrükçülər zərgərlik məmulatı aşkar edib
- Gömrükçülər İran vətəndaşını saxlayıb
- Gömrükçülər üçün növbəti milli seminar keçirilir