32 yaşlı ana və körpəsi niyə ölüb?


18:20     19 Yanvar 2017 hekimi%20doyduler5.jpg

Ağcabədi rayonunda ana və körpəsi dünyasını dəyişib.


Bu barədə Femida.az-a Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Hüseynov bildirib. Onun sözlərinə görə, Rəncbərlər kənd sakini, 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı kəskin böyrək çatışmazlığı və preklamsiya diaqnozu ilə xəstəxanaya gətirilib.

“Biz Sabirabad Perinatal Mərkəzi ilə əlaqə saxladıq. Oradan bildirildi ki, xəstəni mərkəzə ağır vəziyyətdə gətirsək yolda vəziyyəti pisləşə bilər. Bu səbəbdən xəstə təcili əməliyyata alındı. Qeysəriyyə əməliyyatından sonra uşaq Sabirabad Perinatal Mərkəzinə göndərildi, amma orada dünyasını dəyişdi. Ana isə əməliyyatdan 6 gün sonra rəhmətə getdi”.

A.Hüseynovun sözlərinə görə, əməliyyatdan sonra ana sidiyə gedə bilmədiyindən vəziyyəti ağırlaşıb: “Bakıdan həkimlər çağırdıq. 6 gün reanitamoloji tədbirlər görüldü. Ancaq nəticəsi olmadı. Ananın bundan əvvəl iki dəfə hamiləliyində düşük olub. Onlar da böyrək problemi ilə bağlı olub. Hamiləlik zamanı ana müayinəyə mütəmadi getməyib. Dəfələrlə həkimlər evə gəlib, müraciət etsə də müayinələrdən vaxtlı vaxtında keçməyib”.

Femida.az

Açar sözlər:

Oxunub: 1162