Uçuşların təhlükəsizliyi ilə bağlı proqram hazırlanacaq


18:41     19 Yanvar 2017 teyyare66.jpg

Bu gün Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" qanuna dəyişikliklər müzakirə edilib.


Femida.az-ın xəbərinə görə, layihə haqqında məlumat verən Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov söyləyib ki, dəyişikliyə beynəlxalq təşkilatların tələbləri əsasında başlanılıb:

"Bu, əsasən Çikaqo Konvensiyasının tələblərinin daxili normativ aktlarda öz əksini tapması ilə bağlıdır. Dəyişikliklə, uçuşların təhlükəsizliyi proqramı hazırlanmalı və qanunda öz əksini tapmalıdır. Hazırda uçuşların təhlükəsizliyi ilə bağlı Adminstrasiyanın uçuşlar haqqında qaydaları var və yeni proram hazırlanmasında həmin qaydalardan istifadə olunacaq və həmin qaydalar proqram formasına salınacaq. Həmin proqramda heyət üzvlərinin səhvlərindən baş verən hadisələrin olmaması üçün müəyyən özəl sistemin yaradılması da nəzərdə tutulur. Bir sözlə, Adminstrasiyanın qərarları yetərli olmadığı üçün, onlar dövlət qanununda da əks olunmalıdır. Ona görə də bu dəyişiklik vacibdir".

A. Məmmədov əlavə edib ki, təklif olunan dəyişiklik uçuşların standartlara uyğunluq faizinin artırılmasına imkan verəcək.

O həmçinin yaxın zamanda struktur dəyişikliklərinin də olacağını qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1314


Oxşar xəbərlər