80 yaşlı qadını qətlə yetirən şəxsə - 17 il həbs


19:16     19 Yanvar 2017 1399714276_cenubnews-hebs-yeni.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rafiq Şıxverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Şıxverdiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il Xudat şəhəri Zeynalabdin Tağıyev küçəsi 79 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Şıxverdiyev Rafiq Məhəmməd oğlu qonşusu 1936-cı il təvəllüdlü İbrahimxəlilova Fatma Ramazan qızının boğazını kəsərək qətlə yetirib.

Hadisəni törədən Rafiq Şıxverdiyev Xudat şəhər Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1285