Sabirabadda xəstəxana tikilir - Damında helikopter də var
20:02 19 Yanvar 2017
Sabirabad rayonunda tikilməkdə olan 205 çarpayılıq yeni xəstəxana kompleksinin bu il istifadəyə verilməsi gözlənilir.
Femida.az APA-ya istinadən xəbər verir ki, rayon mərkəzinin girişində yerləşən Qalaqayın kəndində inşa olunan dördmərtəbəli xəstəxananın tikintisinə 2013-cü ildə başlanıb. Xəstəxana kompleksi 5 korpus və yardımçı tikililərdən ibarətdir. Artıq dəmir-beton konstruksiyaları quraşdırılıb, üç mərtəbənin tikinti işləri başa çatıb.
Kompleksin bu ilin iyul-avqust aylarında istifadəyə verilməsi nəzərdə tutulur.
Xəstəxana kompleksinin damında helikopter meydançası da inşa edilir. Bu, ağır xəstələrin təcili olaraq paytaxta çatdırılması məqsədilə sanitar aviasiya xidməti üçün nəzərdə tutulub. Yeni xəstəxanada dializ palatası da fəaliyyət göstərəcək.
Femida.az
Oxunub: 2503
Oxşar xəbərlər
- Sabirabadda piyadanı avtomobil vurub
- Sabirabadda ağır qəza - 1 ölü, 8 yaralı
- Sabirabadda avtobus zavodu yaradıla bilər
- Sabirabadda yük maşını yanıb
- Sabirabadda toyda kütləvi dava - Yaralılar var
- Sabirabadda yanğın - ölən var
- Sabirabadda ağır qəza - ÖLƏN VAR
- Sabirabadda qəza - Polis əməkdaşı öldü
- Sabirabadda oğurluq edən şəxs tutulub
- Sabirabadda iki qardaşdan silah götürülüb