Lənkəranda 53 yaşlı kişi bıçaqlanıb


20:47     19 Yanvar 2017 bicaqlanma.jpg

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.


Femida.az xəbər verir ki, hadisə Liman şəhərində olub.

1964-cü il təvəllüdlü Gülbaba Fail oğlu Hüseynov bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

Hadisəni törədən şəxs və ya şəxslər barədə hələlik məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 886