20 Yanvar faciəsi DGK-nın akademiyasında


00:33     20 Yanvar 2017 11-12.jpg

Dövlət Gömrük Komitəsinin Akademiyasında 20 Yanvar faciəsinin 27-cı ildönümü ilə əlaqədar yığıncaq keçirilib.


DGK-nın mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, tədbirdə akademiyanın rəhbərliyi, tələbə və müdavimlər iştirak ediblər.

Mərasim 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Akademiyanın rəis müavini, gömrük xidməti polkovniki Nizami Quliyev çıxışı zamanı 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində dərin iz qoyduğunu və heç zaman unudulmayacağını bildirib. O həmçinin 20 Yanvar hadisələrinin təfərrüatı barədə iştirakçılara məlumat verib və öz xatirələrini bölüşüb.

Akademiyanın I kurs tələbəsi İmamverdi Novruzlu 20 Yanvar hadisələrinin səbəbləri, həmin dövrdəki şərait, eləcə də Heydər Əliyevin hadisə ilə bağlı bəyanatlarını əks etdirən təqdimat keçirib. Akademiyanın karyera bölməsinin böyük mütəxəssisi Rəşad Zeynalov isə çıxışında 20 Yanvarın Azərbaycan tarixində faciəli olduğu qədər də qəhrəmanlıq və şərəfli səhifələrdən sayıldığını vurğulayıb, gənclərin 20 Yanvar hadisələrini dərindən öyrənməsi və bu bilginin gələcək nəsillərə ötürülməsinin önəminə toxunub.

Mərasim 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1279