`ASAN qatar` fəaliyyətə başlayır - FOTOLAR


15:24     26 Yanvar 2017 16179093_1256001401104214_5951312605538335517_o.jpg

Fevralın 1-dən etibarən "ASAN qatar" vasitəsilə Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar xidmət göstəriləcək.


Femida.az xəbər verir ki, bu barədə “ASAN Xidmət” mərkəzinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov məlumat verib.

O, bildirib ki, xidmətlər 4 dövlət orqanı ( Ədliyyə nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən təqdim olunacaq.

Qeyd olunub ki, səyyar "ASAN qatar" gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar "ASAN qatar" konsepsiyası reallaşdırılıb. Səyyar "ASAN qatar"lar ölkəmizdə geniş dəmiryol şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərməyi nəzərdə tutur. Belə ki, "ASAN qatar" növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanacaq və əhaliyə xidmət göstərəcək", -deyə Anar Hüseynov bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 7401