Abşeronda dəhşət: `Evimizə hücum zamanı gəlnimin uşağı tələf oldu` - Fotolar


16:48     08 Fevral 2017 tikinti14.jpg

Abşeron rayonu, Yeni Saray qəsəbəsi, Rza Təhmasib küçəsi ev 12 ünvanında yaşayan vətəndaş Hüseynov Rəsul Əjdər oğlu tərəfindən Femida.az-a müraciət daxil olub. Onun müraciət etməsinə səbəb başına gətirilən müsibətlərlə bağlıdır. Rəsul Hüseynovun iddialarına görə, əvvəllər tanımadığı bir şəxs onların evinə gəlib və yaşadığı evin ərazisinin onun olduğunu iddia edib. Daha sonra həmin şəxs onları məhkəməyə verib və torpaqlarının əlindən alınmasına çalışır:




“ Artıq 2 ildir ki, bu problemlə əlaqədər məhkəmələrdə sürünürəm. 2015-ci ildə Gülmalıyev Vahid Abbas oğlu adlı şəxs evimizə gəldi. O vaxta kimi o adamı tanımırdım. Gəlib bizə dedi ki, bu torpaq onun olub. Guya biz burada qanunsuz ev tikmişik. Mən də ona Saray Bələdiyyəsindən verilən bütün sənədləri göstərdim. Gördülər ki, torpağımın bütün sənədləri qanunidir. Onlar mənə dedilər ki, torpağımdan 2 sot onlara verim ki, məndən əl çəksinlər. Həmin adamlar bu hadisədən 1 il əvvəl qonşumun qapısına gəlmişdilər ki, ondan da torpaq alsınlar. Həmin vaxt qonşum onları döyüb qovdu. Hadisədən bir il sonra yenidən mənimlə torpaq davasına başladılar . Gördülər ki, mən sakit adamam. Özüm də II qrup əliləm. Vahid adlı şəxs bizdən əl çəkmir. Onlar məhkəməyə saxta sənədlər təqdim etmişdilər. Məhkəmə araşdırmaları zamanı məlum oldu ki, çıxarış saxtadır və Abşeron rayon Məhkəməsi tərəfindən ləğv edildi. İki gün əvvəl bizim hamamımız, tualetimiz , divarımız dağıdıldı. Bu torpaq mənim özümüm qanuni torpağımdır. Belə işlərlə köməksiz insanlara hücum çəkib, torpağını tuturlar.”

Femida.az-ın araşdırması zamanı məlum olub ki, Rəsul Hüseynova qarşı torpaq iddiası irəli sürən Gülmalıyev Vahid Abbas oğlu 2009-cu ildə eyni iddia ilə Nəsibov Təvəkkül Cəmil oğluna da məhkəmə iddiası qaldırıbmış.
Femida.az-a açıqlama verən Təvəkkül Nəsibov başına gətirilən qanunsuzluqlardan danışıb.





“ Vahid adlı həmin şəxs 2009-cu ildə mənim də başıma eyni oyunu gətirib. Məndən torpaq almaq üçün müqavilə bağladıq. Ancaq torpağımın pulunu ödəmədiyi üçün, müqaviləni pozduq. Həmin vaxt söhbətimiz alınmadığı üçün həmin şəxs mənə böhtan atıb məhkəməyə verdi. Mənim 18.000 pul borclu olmağımla bağlı məhkəmə iddiası qaldırdı. Ancaq məhkəmə zamanı onun iddiaları sübuta yetirilmədi. Həmin Vahid təyziq yolu ilə məndən 3500 manat aldı. Həmin hadisədən 8 il sonra yenidən torpaq davası ilə bu adamın üzərinə gəliblər. Mən də Abşeron rayon Məhkəməsində şahid kimi çıxış etdim və dedim ki, Rəsul Hüseynovun torpaq sahəsinin bizim vaxtı ilə alqı-satqı etdiyimiz əraziyə aidiyyatı yoxdur. Məhkəmə bütün sübutları və sənətləri əsas gətirib, ədalətli qərar çıxardı. Buna baxmayaraq həmin insanlar bu kasıb ailədən əl çəkmir.”

Şikayətçi həmçinin qeyd edib ki, məhkəmənin Abşeron rayon Məhkəməsinin 4 fevral 2017-ci il tarixli qərarının çıxarılmasına baxmayaraq iddiaçı tərəf onlardan əl çəkmir.




“ Fevralın 4-də məhkəməmiz oldu. Ətraflı araşdırmadan sonra məlum oldu ki, qarşı tərəfin məhkəməyə təqdim etdiyi sənədlər saxtadır və onların mənə qarşı qaldırdığı torpaq iddiası qanunsuzdur. Məhkəmənin qərarı bu gün bizə poçta göndəriləcək. Ortada qanunu məhkəmə qərarı olmasına baxmayaq, bizim hamamımızı, həyətyanı divarlarımızı uçurdular. Deyiblər ki, bu gün də gəlib evimizi uçuracaqlar. Bu hadisə zamanı anam həyəcan keçirdi və dünyasını dəyişdi. Yoldaşım da qorxudan və həyəcandan şəkər xəstəliyi tapıb. Gəlnim evimizə hücum çəkib, divarları uçuranda hamilə idi. O da uşağını itirdi. Bu gün də yenə bizdən əl çəkmirlər. Mən xahiş edirəm, ədalətin bərpa olunması üçün bizə kömək edəsiniz.”

Femida.az Abşeron rayon İcra şöbəsinin Asəm adlı əməkdaşı ilə məsələ ilə bağlı əlaqə saxlayıb. O açıqlamasında qeyd edib ki, köhnə məhkəmənin qərarını yerinə yetirilər. Yeni məhkəmə qərarı isə hələ onlara gəlib çıxmayıb.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırırq.

Femida.az məsələni diqqətdə saxlayacaq.











Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 11420