Nalbandyan Moskvaya gedir


13:18     21 Fevral 2017 b1607dc48bdb6c93fd0ee15df8717f78.jpg

Fevralın 21-22-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvaya səfər edəcək.


`RİA Novosti` agentliyinin verdiyi məlumata görə, bu barədə Ermənistan XİN-in mətbuat xidməti xəbər verib.

Səfər çərçivəsində E. Nalbandyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

“Ermənistan və Rusiya xarici işlər nazirləri həmçinin Dağlıq Qarabağ münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımları müzakirə edəcəklər”, məlumatda deyilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1863