Türkiyə Əl-Babda şəhid verdi


15:28     21 Fevral 2017 turk-ordusu.jpg

Türkiyə ordusu “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab şəhərində təmizləmə əməliyyatlarını davam etdirir.


Femida.az Türkiyə KİV-lərinə istinadən bildirir ki, bu gün türk əsgərləri şəhərdə minaya düşüb. Nəticədə 1 əsgər həlak olub, 2 əsgər yaralanıb.

“Fərat qalxanı” əməliyyatının başladığı 2016-cı il 24 avqust tarixindən bu günə qədər Türkiyə ordusunun Suriyada verdiyi itkilərin sayı 69-a çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1374