Rusiya Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edəcək


23:22     21 Fevral 2017 556vvp_putin9.jpg

Rusiyanın Xarici İşlər Nazirliyi prezidentin Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdiriləcəyinə dair fərmanın layihəsini hazırlayıb.


Femida.az xəbər verir ki, sənəd hüquqi informasiya portalında dərc ediləcək.

Yeni sanksiyaların tətbiqi nüvə sınaqları keçirməsinə cavab olaraq Şimali Koreyaya qarşı bir sıra məhdudiyyətlərin tətbiqini nəzərdə tutan BMT-nin Təhlükəsizlik Şurasının 2016-cı il 30 noyabr tarixli 2321 qətnaməsi, eləcə də 2006-cı il 30 dekabr tarixli Federal qanunu ilə əlaqədardır.

Fərmanın layihəsində tibb sahəsində mübadilə istisna olmaqla, Şimali Koreyanın ayrı-ayrı şəxsləri və ya təşkilatları ilə istənilən elmi-texniki əməkdaşlığa son qoymaq nəzərdə tutulur.


Femida.az

Açar sözlər:

Oxunub: 711