İŞİD rəhbərlərindən biri məhv edilib


22:47     21 Fevral 2017 5f17bf6d-0c4e-46ef-9814-cc722ec00fa2.jpg

İŞİD terror qruplaşmasının təhlükəsizlik rəhbəri çərşənbə axşamı Mosul hava limanında aviazərbələr nəticəsində öldürülüb.


"As-Sumariya" telekanalının məlumatına görə, Əbu Abdalla adlı silahlı səhər saatlarında aeroportun əsas girişində iki köməkçisi ilə birlikdə qətlə yetirilib.

Terrorçulara havadan pilotsuz uçan aparat zərbə endirib.

Qeyd edək ki, beynəlxalq hava limanı hələ də terrorçular tərəfindən idarə olunan Mosulun qərb hissəsində yerləşir.

Femida.az

Açar sözlər:

Oxunub: 1023