Rus jurnalistin Qarabağ yalanı - VİDEO


19:01     22 Fevral 2017 kiselyov.jpg

"Rusiya bu gün" informasiya agentliyinin baş direktoru ,televiziya jurnalisti Dmitriy Kiselyov Sumqayıt hadisələri ilə bağlı hazırladığı filmdə təhrif olunmuş məlumatlara yer verib.


Femida.az xəbər verir ki, 1988-ci ilin fevralında ermənilərin Sumqayıtda törətdiyi hadisələrlə bağlı filmdə Azərbaycan ərazisi olan Qarabağ böyük əksəriyyəti ermənilərin yaşadığı yer kimi təqdim edilib. Daha sonra o Qarabağın tarixi haqqında məlumatda təhrifə yol verib. Belə ki, Jurnalist Qarabağın tarixini bolşeviklərlə əlaqələndirib.

O, deyib : “ Sovet Respublikasının liderləri ölkələri milli əlamətlərinə görə bölürdü. Nəticədə müxtəlif xalqların öz qanunları, idarə üsulu yarandı. Sovet Azərbaycanının tərkibində olan və əhalisinin böyük əksəriyyəti ermənilərdən ibarət olan Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı.”





Miri Məcidli
Oğuz Altay
Montaj: Bəxtiyar Məmmədov
Femida.az


Açar sözlər:

Oxunub: 7752