İşlədiyi kollecin noutbuklarını oğurlayana - 7 il həbs


19:57     22 Fevral 2017 notebook4.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Həsən Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Hökmə əsasən, H. Abdullayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin oktyabrında Bakı İdarəetmə və Texnologiya Kollecindən 34 ədəd noutbuk, 3 ədəd proyektor və monitor oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Həsən Abdullayev Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, H.Abdullayev sözügedən kollecdə fəhlə işləyib və çalışdığı dövr ərzində kollecin saxlanc yerinin açarlarını qanunsuz olaraq əldə edib. Bundan sonra o, saxlanc yerindən müxtəlif vaxtlarda oğurluq edib. Oğurladığı noutbuk və digər kompüter avadanlığı Bakının müxtəlif ticarət mərkəzlərində satıb.

Faktla bağlı Nərimanov RPİ-də cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 850